Şrift:
Azərbaycanın İranla sərhədində nəzarət tədbirləri gücləndirilib
24.02.2020 [09:46] - Hüquq
İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Biləsuvar rayonunda, Azərbaycanla sərhəddə Biləsuvar sərhəd keçid məntəqəsində yeni koronavirusla mübarizə məqsədilə səhiyyə tədbirləri gücləndirilib. Bunu İranın Ərdəbil vilayətinin yol nəqliyyat idarəsinin baş direktoru Əli Rəhməti deyib. Ə.Rəhmətinin sözlərinə görə, Ərdəbil vilayətinin Tibb Elmləri Universiteti ilə razılaşma nəticəsində sərhəddə 24 saatlıq müayinələr tətbiq olunacaq. Rəhməti əlavə edib ki, Biləsuvar sərhəd keçid məntəqəsinin bütün zalları dezinfeksiya olunur və işçilərə maskalar paylanılıb.
İdarə rəsmisi deyib ki, gündəlik 4,5 min nəfər əcnəbi vətəndaş bu sərhəd keçid məntəqəsi vasitəsi ilə İrana daxil olur.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 539 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed