Şrift:
Diaspor üzvlərimiz İsveçin Beynəlxalq İşlər İnstitutunun seminarında iştirak ediblər
24.02.2020 [10:58] - Diaspor
İsveçin Beynəlxalq İşlər İnstitutunda “2020-ci ildə ölkənin xarici siyasətinə baxışlar” mövzusuna həsr olunmuş seminar keçirilib. Seminarda diasporumuzu İsveç Azərbaycanlıları Konqresinin (İAK) sədri Emil Mirzəyev və idarə heyətinin üzvü, mətbuat katibi Ülviyyə Yutenaas təmsil ediblər. Tədbirdə xarici işlər naziri Ann Kristin Lind (Ann Christin Linde) və digər vəzifəli şəxslər çıxış ediblər.
Qeyd edək ki, İAK İsveç Beynəlxalq İşlər İnstitutunun bütün seminarlarında, eləcə də etnik azlıqlarla, diasporla iş üzrə qrupun iclaslarında iştirak etməklə sözügedən qurumla sıx əməkdaşlıq edir. 1938-ci ildə yaradılmış İsveç Beynəlxalq İşlər İnstitutu müstəqil qurum kimi fəaliyyət göstərir. Qurum xarici işlər və beynəlxalq münasibətlər üzrə araşdırmalar və informasiyalar üçün platforma rolunu oynayır. Emil Mirzəyev həmçinin bildirib ki, Xocalı soyqırımı ilə bağlı İAK ölkə parlamentinin (riksdaqının) spikeri - talmanı Per Ulof Andreas Norlenə (Пер Улоф Андреас Норленə) məktub ünvanlayıb. Məktubda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıya hücum etdikləri, dinc sakinləri amansızcasına və işgəncə ilə qətlə yetirdikləri, əsir götürdükləri və başqa dəhşətlər törətdikləri diqqətə çatdırılıb.

DAVAM.AZ
“Stohkolm Bürosu” (İsveç)
Bu xəbər oxucular tərəfindən 9997 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed