26.09.2012 [10:23] - Güney Azərbaycan xəbərləri
Partlama elektrik kabellərində yox, baza yaxınlığında yerləşdirilən qaya görünümü verilmiş kəşfiyyat qaynağında baş verib. Qərb ölkələrinin İranın nüvə istehsalı ilə məşğul olan bazalarının yaxınlığında “cəsus qaya” yerləşdirdiyi ortaya çıxıb. Avqustun 17-ində İranın Qum şəhərində Fordo bazasının yaxınlığında partlayış olub. Ancaq bunu İranlı rəsmilər uzun müddət dünyadan gizlədib.
İran prezidentinin müavini və İran Atom Enerjisi Təşkilatı Başçısı Feridun Abbasi keçən həftə həmin bölgədə partlayışın olduğunu açıqlayıb. Elektrik kabellərindən qaynaqlanan partlamanın təxribat xarakterli olmasından şübhələndiklərini deyib. Ancaq daha sonra ortaya çıxdı ki, əslində partlama elektrik kabellərində yox, baza yaxınlığında yerləşdirilən qaya görünümü verilmiş kəşfiyyat qaynağında baş verib. Bazanı qoruyan mühafizə qrupu gördükləri böyük qayadan şübhələnir və onu yerindən oynatmaq istəyir. Yerindən tərpənən qaya partlayır. Partlayışın sonra qalıqlarından anlaşılıb ki, qayanın içindəki mexanizma obyektdəki bütün kompyuterlərdəki məlumatları toplayıbmış.
Qeyd edək ki, İsrail və bir sıra Qərb ölkələri nüvə silahı istehsal etdiyini iddia etdikləri İranın işlərinin axsaması üçün tez-tez ölkənin nüvə təsislərinə təxribatlar təşkil edir. Keçən il də ABŞ-ın (Amerika Birləşmiş Ştatları) hazırladığı iddia edilən Stuxnet virusu ilə təşkil edilən kiber-hücumla İranın nüvə işlərinin 2 il gerilədiyi bildirilmişdi.

Bu xəbər oxucular tərəfindən 911 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |