Şrift:
Azərbaycan Ordusunun əsgəri həlak olub
18.09.2011 [21:41] - Gündəm
Azərbaycan Ordusunun əsgəri həlak olub. APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə sentyabrın 18-də Ağdam rayonunun Qaraqaşlı kəndi istiqamətində qeydə alınıb.

N saylı hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Davudov Murad Qurban oğlunun tank əleyhinə mina ilə ehtiyatsız davranması nəticəsində partlayış baş verib. M. Davudov yerindəcə həlak olub.

M. Davudov Suraxanı Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı.
Bu xəbər oxucular tərəfindən 1078 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed