Şrift:
Əli Əhmədov İranda Azərbaycan əleyhinə tədbir keçirilməsini yolverilməz sayır
26.10.2011 [09:16] - Xəbərlər
“Bu günlərdə keçirilən konfransda səsləndirilən bəzi fikirləri və təhdidləri Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirmək olar”

“İran tərəfindən Azərbaycana qarşı hər hansı təhdidlərin olmasını, Azərbaycan dövlətçiliyinə qarşı hörmətsizliyin ifadə edilməsinin hər bir azərbaycanlı qətiyyətlə pisləyir”. Bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov İranda Azərbaycan əleyhinə beynəlxalq konfransın keçirilməsinə münasibət bildirərkən deyib.

Ə. Əhmədov Azərbaycan və İran qonşu dövlətlər olduğunu deyib: “Amma bizi birləşdirən yalnız sərhədlər deyil, tariximizdə və mili-mənəvi dəyərlərimizdə də kifayət qədər oxşarlıq var. İranda çoxlu sayda etnik azərbaycanlı yaşayır. Bu da İran-Azərbaycan münasibətlərinə xüsusi önəm verir. Bunlar İran və Azərbaycan arasında münasibətlərin dostluq şəraitində qurulmasını şərtləndirir”.

O, İranda belə bir konfransın təşkil olunmasının mahiyyət etibarı ilə düzgün olmadığını vurğulayıb: “Bu ölkələrdən biri digərinin daxili işlərinə qarışmaq niyyətində olmamalı, eyni zamanda bu işlərə qarışmaq kimi qiymətləndirilə biləcək hərəkətlər etməməlidir. Orada səsləndirilən bəzi fikirləri, təhdidləri Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirmək olar. Bu isə yolverilməzdir”.
Bu xəbər oxucular tərəfindən 1002 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed