25.02.2020 [09:22] - Hüquq
Fevralın 24-də BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksəksəviyyəli seqmenti işə başlayıb. Cenevrədə işçi səfərdə olan Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Ramiz Həsənov sözügedən seqmentin açılışında iştirak edib. Açılış mərasimində BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Tijjani Muhammad-Bande, BMT-nin Baş katibi Antonio Quterreş, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Başele və İsveçrənin Xarici İşlər naziri İqnasio Kassis tərəfindən nitqlər səsləndirilib. Üç gün davam edəcək yüksəksəviyyəli seqmentdə 100-dən çox ölkənin dövlət və hökumət başçıları, xarici işlər nazirləri, beynəlxalq təşkilatların rəhbərləri və onların müavinləri iştirak edirlər. Cenevrəyə səfəri çərçivəsində fevralın 24-də Xarici İşlər nazirinin müavini R.Həsənov, həmçinin Andorranın Xarici İşlər naziri Mariya Ubax ilə görüşüb. Görüşdə tərəflər iki dövlət arasında hazırki əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edib və bütün sahələr, xüsusilə də iqtisadi, ticarət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Həmin gün R.Həsənovun Cənubi Afrika Respublikasının Xarici Əlaqələr və Əməkdaşlıq nazirinin müavini Alvin Botes ilə də görüşü baş tutub. Görüşdə iki dövlət arasında qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən siyasi və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. CAR Azərbaycanla çoxtərəfli formatda əməkdaşlıq xüsusunda ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində fəaliyyətini yüksək qiymətləndirib və bu ölkə tərəfindən Azərbaycan sədrliyinə daim dəstək göstəriləcəyini vurğulayıb.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 651 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |