25.02.2020 [09:25] - Hüquq
Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşı Füzuli Cəbrayıllı Gənclər Fondunun 13-cü qrant müsabiqəsinin qalibi olan Miqrasiya könüllüsü Əli Mirzəyevin “Hüquq və gənc hüquqşünaslar” layihəsinin dördüncü günündə “Miqrasiya hüququ” mövzusunda iştirakçılara təlim keçib. DMX-dən bildirilib ki, layihə çərçivəsində dörd gün ərzində hüququn müxtəlif sahələri üzrə təlim keçən iştirakçılar sertifikatla təltif olunublar.
Təlimlərdə məqsəd gələcək karyerasını hüquq sahəsində qurmaq istəyən gənclər üçün ölkənin tanınmış təlimçilərinin iştirakı ilə bu sahə üzrə müxtəlif mövzuları əhatə edən təlim kursları təşkil etməklə onların müvafiq biliklərə yiyələnməsinə şərait yaratmaqdır. Fevralın 13-də start götürən təlimlərdə 30 gənc iştirak edib. Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Dövlət Miqrasiya Xidməti, “Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşıb.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 572 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |