Şrift:
Fərəc Quliyev: “Mənə mane ola bilməzlər” - VİDEO
25.02.2020 [10:49] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Mehman Hüseynov söhbətimizin gizli səs yazısını 10 saat montaj etdiyini etiraf edib

Bunu Azvision.az-a müsahibəsində 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin hazırki deputatı Fərəc Quliyev deyib.

Partiya sədri bildirib ki, Mərkəzi Seçki Komissiyası tərəfindən nəticələri ləğv edilmiş 4 dairədə partiya olaraq təkrar seçkilərə qatılacaqlar. O, özü hansı dairədən namizəd olacağına hələlik qərar vermədiyini söyləyib.

"Hələ seçkiyə qatılmazdan əvvəl bizə qarşı böhtan kampaniyası başlamışdı. Mehman Hüseynovun haqqımda hazırladığı materialın montaj olduğunu etiraf etməsindən sonra ictimai rəydə çaşqınlıq aradan qalxdı. İndi daha ciddi şəkildə, hətta bir qədər üstün vəziyyətdə seçkiyə girmək imkanlarım yaranıb və bundan istifadə edəcəyəm. Haqqımda kampaniya aparanlar mənə mane ola bilməzlər", - deyə Fərəc Quliyev təqdim etdiyimiz video-müsahibədə seçkiöncəsi və seçkidən sonrakı vəziyyəti dəyərləndirib, gələcək planlarından söz açıb.



Elvin Abdulqədirov
Azvision.az
Bu xəbər oxucular tərəfindən 1402 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed