26.02.2020 [08:45] - İdman
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir. Xətai rayonundakı 171 nömrəli tam orta məktəbdə “Mahir nişançı” güllə atıcılığı üzrə yarış keçirilib.
BŞGİBİ-dən bildiriblər ki, yarışa qatılan 11 komandanın tərkibi 5 şagirddən (3 oğlan, 2 qız) ibarət olub. Yarış iştirakçıları pnevmatik tüfəngdən 3 sınaq və 5 əsas atış edərək mübarizə aparıblar. Xətai rayonunun komandası yarışın qalibi olub. Nəsimi rayonu yarışı ikinci, Yasamal rayonu isə üçüncü pillədə başa vurublar. İlk üçlüyü tutan komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 433 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |