26.02.2020 [09:30] - Sağlıq
Hilin faydalı və müalicəvi xüsusiyyətləri saymaqla bitmir. Bu ədviyyat sağlamlıq üçün olduqca faydalıdır və onun müntəzəm istehlakı bir çox xəstəlik və pozulmaların profilaktikasıdır. Almaniya diyetoloq və qidalanma mütəxəssisləri araşdırma zamanı aşkar ediblər ki, hil əlavə olunmuş suyun gündəlik istehlakı piylərin yandırılmasını tezləşdirir, artıq kilolardan azad edir. Həmçinin hil ödün ifrazını artıraraq həzm proseslərini və metabolizmi sürətləndirir. Diyetoloqaların fikrinə görə, hil əlavə olunmuş su ən yaxşı təbii arıqladıcı vasitələrdən biridir. Suyun hazırlanması üçün 1 dolu olmayan x.q. hil həvəngdəstədə əzilir, termosa tökülür, üzərinə 1 l qaynanmış, çox qaynar olmayan su tökülür, 1 saat dəmlənilir. Sonra suyu süzün və gün ərzində için.
Hil güclü antiseptik, mikrob, virus və göbələk əleyhinə təsirə malikdir. Bu səbəbdən hil əlavə olunmuş su qışda soyuqdəymə və qripp xəstəliklərindən qoruyur. Hil qarında köp və meteorizmi azaldır, baş ağrısı, stress və depressiya zamanı yardım edir, klimaksın simptomlarını yüngülləşdirir, böyrəkləri təmizləyir. Efir yağları ilə zəngin olan hil nəfəs yollarını selik və mikroblardan yaxşı təmizləyir, pis ağız qoxusunu yox edir.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 376 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |