Şrift:
"Salam" platforması Parlament qarşısında Novruz bayramı ilə bağlı performans göstərib
26.02.2020 [11:04] - Borçalı
"Salam" platforması Gürcüstanın başkındi Tiflisdə, Parlament binasının qarşısında yerləşən ərazidə toplaşıb və çərşənbə ilə əlaqədar bir növ performans qurub. Onların toplanmasının əsas məqsədi Novruz bayramına qədər qeyd olunan çərşənbələr haqda məlumat yaymaq idi. Platforma üzvləri parlamentin qarşısına simvolik olaraq buğda aparıblar, boşqablara qoyub sulayıblar. Səməni Novruz bayramının vacib atributlarından biridir.
"Bu gün ilk çərşənbədir, su çərşənbəsi və Novruz bayramı ilə əlaqədardır. Su çərşənbəsindən sonra od, yel və torpaq çərşənbəsi gəlir. 21 mart tarixində isə Novruz bayramı qeyd olunacaq. Sevindiricidir ki, 21 mart Gürcüstanda qismən bayram kimi tanınıb. Təəssüf ki, 21 mart istirahət günü olaraq elan edilməyib və biz bu performansla da dövlətimizə xatırlatmaq istəyirik ki, bizim mədəniyyətimiz Gürcüstanın çox əhəmiyyətli hissəsidir və bu adət bizim üçün önəmlidir, bütün Gürcüstan bu haqda bilsin", - Salamın üzvlərindən biri Kamran Məmmədov deyir.
Su çərşənbəsində əhali evləri təmizləyir, həyəti süpürür, evin divarlarını boyayır, bağı təmizləyirlər. Su çərşənbəsi başlanğıc çərşənbə də adlandırılır. Həmin gün qızlar, gəlinlər səhər dururlar və çaya su gətirməyə gedirlər. Günəş çıxana qədər hamı əl üzünü yuyur. Xalq inancına görə, kim həmin gün çaya gedərsə bütün xəstəliklərini unudar.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 972 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed