26.09.2012 [13:05] - Gündəm, Hərb
Bu xəbəri paylaş Afaq Bəşirqızı ürəyindən əməliyyat olunacaq Bakıda tonlarla tullantı toplanıb Apteklərdə dərman müsadirə edilib 49 qanunsuz miqrant aşkarlanıb Azərbaycan Milli Məclisi (MM) «Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında» qanun qəbul edəcək.Bu barədə MM-in Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc məlumat verib. Onun sözlərinə görə, qanun özündə Müdafiə Nazirliyindən başqa digər qurumların tabeçiliyində olan qoşun növləri ilə bağlı məsələləri ehtiva edəcək: «Azərbaycanda Sərhəd Qoşunları, Daxili Qoşunlar, Fövqəladə Hallar Nazirliyinin tərkibindəki hərbi birləşmələr və s. yaradılıb. Bu qanun Silahlı Qüvvələr dedikdə onun əhatə dairəsinə daxil olan strukturları — dövlət qurumları ilə bağlı məsələləri özündə əks etdirəcək».
Sənəd layihəsi ilə bağlı bir müvafiq təşkilatdan başqa bütün digər qurumlar razılıq məktubunu verib. Yaxın günlərdə həmin qurum da müvafiq rəy məktubunu təqdim edəcək. Zahid Oruc bildirib ki, «Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında» qanun layihəsi MM-in Təhlükəsizlik və müdafiə komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub və parlamentin plenar sessiyasına tövsiyə edilib.

Bu xəbər oxucular tərəfindən 1575 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |