Şrift:
İsveçdə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar aksiya keçirilib
27.02.2020 [09:43] - Diaspor
İsveçin Lund şəhərinin mərkəzində bu ölkədə yaşayan bir qrup azərbaycanlı Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirib. Aksiya Vahid Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə baş tutub. İsveç və ingilis dillərində keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edəndən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
İyirmi səkkiz il əvvəl Xocalı şəhərində dinc azərbaycanlılara qarşı törədilən vəhşiliklər barədə yerli əhaliyə məlumat verən Vahid Azərbaycan Dərnəyinin sədri Aya Coşqun insan qanına susamış erməni silahlılarının bir gecədə 613 nəfəri xüsusi amansızlıqla qətlə yetirdiyini bildirib. Diqqətə çatdırıb ki, qətlə yetirilənlərin çoxu qadın, uşaq və yaşlı insanlar olub. Xocalı qətliamı erməni millətçi-şovinistlərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Dağlıq Qarabağda törədilən qanlı hadisələrə və haqsızlıqlara dünya ictimaiyyətinin daha böyük diqqət ayırmasına ehtiyac var. Bu kimi cinayətlərin təkrarlanmaması üçün insanlar birgə çalışmalıdır.
Qeyd edək ki, tədbir iştirakçıları İsveç dövlətinə müraciət edərək Xocalı hadisələrinə ədalətli qiymət verilməsini də tələb ediblər. Mitinq əsnasında, həmçinin yerli ictimaiyyət nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 30411 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed