26.09.2012 [13:11] - Güney Azərbaycan xəbərləri
ABŞ Maliyyə Nazirliyi İran Milli Neft Şirkətinin «Sepah»la birbaşa əlaqəsi və əməkdaşlığıyla bağlı hesabat yayıb. Ölkənin maliyyə naziri Timoti Qeytnerin ABŞ Konqresinə təqdim etdiyi hesabatda İran Milli Neft Şirkətinin birbaşa İran İslam İnqilab Keşikçiləri Korpusunun («Sepah») təsiri və nəzarəti altında fəaliyyət göstərdiyi bildirilir. ABŞ Maliyyə Nazirliyinin xarici ölkələrdəki əmlakına nəzarət mərkəzinin rəhbəri Adam Zubin hesabat haqqında deyib: «Sepah» İranın maliyyə və iqtisadi həyatında böyük rol oynayır. Bu qurum İrandakı əksər iqtisadi sahələrə, o sıradan da enerji və infrastruktur sektorlarına, eləcə də ölkənin bank sisteminə nəzarəti tamamilə öz əlinə alıb».
İranda sabiq nazirin oğlu həbs olunub
İranın keçmiş islami irşad və mədəniyyət naziri Əbdülməcid Məadixahın oğlu Həsən Məadixah tutulub. «Ettelaat» əməkdaşları İranın Məsləhət Şurasının rəhbəri, eks-prezident, ayətullah Haşimi Rəfsəncaninin oğlu Mehdi Haşiminin yaxın adamlarından sayılan Həsən Məadixahı sentyabrın 22-si axşam saatlarında tutub aparıblar. Həsən Məadixah 2009-cu ilin iyununda İranda keçirilmiş mübahisəli prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlar zamanı tutulmuşdu. Tehran məhkəməsi Həsən Məadixahı qanunsuz aksiyalara qatılmaqda günahlandıraraq, iki il yarım həbsə məhkum etsə də, o, 700 min dollarlıq mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılmışdı. Həsən Məadixahın hazırda Tehranın Evin zindanının 350-ci korpusunda saxlandığı bildirilir.
Rəfsəncani övladlarının tutulmasına reaksiya verib
İran Məsləhət Şurasının sədri, eks-prezident, ayətullah Əli Əkbər Haşimi Rəfsəncani qızı Faizə və oğlu Mehdi Haşiminin tutulmasına reaksiya verib. Onun reaksiyasını oğlu Möhsün Haşimi jurnalistlərə açıqlamasında çatdırıb: «Atam deyir ki, onun övladlarıyla xalqın övladları arasında heç bir fərq yoxdur və elə buna görə də bu məsələdə ayrı-seçkiliyə yol verilməməlidir. Atam Faizə və Mehdinin tutulmasından narahat və nigaran deyil. O bu kimi böhranlara öyrəşmiş adamdır».
Bundan əlavə, Haşimi Rəfsəncaninin qızı Fatimə Haşimi jurnalistlərə açıqlamasında bacısı Faizə və qardaşı Mehdi Haşiminin həbsindən danışıb. O deyib ki, ölkənin bəzi rəsmiləri qardaşı Mehdi Haşiminin ölkəyə qayıtmasının qarşısını almağa çalışırdı: «Mehdi heç bir günahı olmadığı üçün ölkəyə qayıdıb. Rəsmilər bacım Faizə Haşimini ona görə tutdular ki, Mehdini qorxutsunlar. Məqsəd bu idi ki, Mehdi ölkəyə qayıtmasın. İran Məhkəmə Sisteminin rəisi, ayətullah Sadiq Laricani və İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei Mehdinin İrana qayıtmasını istəmirdilər».
Xatırladaq ki, üç il mühacirətdə yaşayan Mehdi Haşimi sentyabrın 24-nə keçən gecə ölkəyə qayıdıb və elə Tehranın hava limanındaca prokurorluğa rəsmi dəvət alıb. Mehdi Haşimi sentyabrın 24-də Tehran prokurorluğunda dindirildikdən sonra həbs edilib. Sentyabrın 22-də isə Rəfsəncaninin qızı Faizə Haşimi tutulub. O, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, dövlət quruluşu əleyhinə təbliğat aparmaqda və «yaşıl hərəkat»ı dəstəkləməkdə günahlandırılıb.

Bu xəbər oxucular tərəfindən 1117 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |