26.09.2012 [13:46] - Siyasət
Ermənistan prezidenti Serj Sərkisyanın Milli Təhlükəsizlik Xidməti direktoruna verdiyi məxfi tapşırıqdan sonra Azərbaycan ərazisinə qayıqla keçib
Dünən Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) iki erməni və dörd gürcüdən ibarət qrupun dövlət sərhədlərini pozaraq Gürcüstan istiqamətindən Azərbaycana keçərkən yaxalandığını açıqlayıb. Rəsmi açıqlamada bildirilir ki, DSX tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində sentyabrın 23-də Ağstafa rayonu ərazisindəki Ağgöl gölündə 1 ədəd rezin və 1 ədəd dəmir qayıqla dövlət sərhədini pozmuş 6 nəfər Gürcüstan vətəndaşı sərhəd pozucusu qismində saxlanılıb.
İlkin araşdırma zamanı sərhəd pozucularının Gürcüstan vətəndaşları - 1962-ci il təvəllüdlü Xixityaşvili Zurab Konstantinoviç, 1954-cü il təvəllüdlü Qoqilyadze Nodar Sergeyeviç, 1976-cı il təvəllüdlü Zabiyev Valeri Kiktaroviç, 1943-cü il təvəllüdlü Arzumov Eduard Martinoviç, 1948-ci il təvəllüdlü Lexandiyan Sergey Suriyanoviç və 1948-ci il təvəllüdlü Sarkisyan Mişa Haykoviç olduğu müəyyənləşdirilib.
Açıqlamada qrupun hansı məqsədlə Azərbaycan ərazisinə keçdiyinə dair hər hansı məlumat verilmir. Yalnız o bildirilir ki, araşdırma gedir.
Məsələ ilə bağlı DSX-dən əlavə şərh almaq mümkün olmayıb. Çünki bu strukturun praktikasına görə mətbuat tərəfindən verilən suallar yazılı formada təqdim olunmalıdır və bu suallara cavab da yazılı formada, ancaq ən azı bir neçə gün sonra təqdim edilir. Lakin ən azı 2-si erməni olmaqla, 6 nəfərlik qrupun Gürcüstan istiqamətindən gizli yolla Azərbaycana keçməsi sıradan sərhəd pozuntusu faktı deyil və bu baxımdan mövzu ilə bağlı mümkün olduğu qədər əlavə araşdırmalar aparmağa çalışdıq.
Təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlərdən biri ilə bu insident barədə söhbətləşdik və ortaya kifayət qədər ilginc, eyni zamanda sensasion məqamlar çıxdı. Həmin ekspertin hesab etdiyinə görə, dövlət sərhədini qayıqla pozub Azərbaycan ərazisinə keçən qrup, özü də üzvlərindən ikisinin erməni olduğu dəstə adi qaçaqmalçılar və sənədləri qaydasında olmayan hansısa problemli şəxslər deyil: “Söhbət böyük ehtimalla Ermənistan xüsusi xidmət orqanlarının hansısa məxfi tapşırığını yerinə yetirmək üçün ölkə ərazisinə keçən diversiya qrupundan gedir”.
Mənbə öz fikrini əsaslandırmaq üçün xatırladır ki, zabit Ramil Səfərovun ekstradisiyasına və azad olunmasına çox qəzəbli reaksiya verən Ermənistan hakim dairələri açıq formada Azərbaycandan buna görə qisas alınacağı barədə bəyanatlar veriblər. Ermənistan prezidenti Serj Sərkisyan məsələ ilə bağlı İrəvanda Milli Təhlükəsizlik Şurasının toplantısını çağırıb və həmin toplantıda deyib ki, onlar bu hadisəyə dözmək fikrində deyillər və cavab addımları atacaqlar.
Xatırladaq ki, Sərkisyan toplantıda Ermənistanın atacağı cavab addımlarını belə sadalayıb: “İlk addım atılıb, Baş Qərargah rəisinə qoşunların yüksək hazırlıq vəziyyətinə gətirilməsi barədə əmr verilib. Bu, zəruri şərtdir. İkincisi, Qorik Qurgeneviç (Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Qorik Akopyan-red.), iclasdan sonra yanıma gəlin, mənim sizə xüsusi tapşırığım var”.
Ermənistan prezidentinin ölkənin Milli Təhlükəsizlik Xidmətinin direktoruna R.Səfərovla bağlı məxfi tapşırıq verməsi dərhal ciddi rezonansa səbəb oldu və Azərbaycan tərəfi bütün səviyyələrdə təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini açıqladı. Çünki prezident Sərkisyanın dedikləri açıq terror mesajı idi və sonrakı günlərdə hətta erməni mətbuatında da onun Q.Akopyanı məxfi tapşırıq üçün yanına çağırmasını “kobud səhv” kimi dəyərləndirdilər. Bildirilirdi ki, S.Sərkisyan telekameraların qarşısında bu sözləri deməklə ciddi səhvə yol verib.
Həmçinin erməni terror təşkilatı ASALA, keçmiş erməni səhra komandirləri və digərləri R.Səfərov məsələsinə görə Azərbaycanı terrorla hədələyiblər. Azərbaycan xüsusi xidmət orqanları Ermənistandan qaynaqlanan bu terror təhdidləri ilə bağlı “bütün zəruri təhlükəsizlik tədbirlərinin görüldüyünü və preventiv addımların atıldığını” bildirib. Və çox keçmədən ikisi erməni olmaqla, bir qrup Gürcüstan vətəndaşı Azərbaycan sərhədini gizli keçərkən yaxalanıb.
Təhlükəsizlik məsələləri üzrə ekspertin qənaətinə görə, Azərbaycanın müvafiq strukturları qrupun hansı məqsədlə ölkəyə keçdiyini xüsusi diqqətlə araşdıracaqlar. Bu şəxslərin Ermənistan xüsusi xidmət orqanları ilə bağlılığı məsələsinin dəqiqləşdirilməsi isə bir nömrəli vəzifədir.
Məsələ burasındadır ki, Gürcüstan Ermənistan kəşfiyyatının əsas platsdarmlarından biridir. Gürcüstan pasportu daşıyan şəxslərin Azərbaycana giriş-çıxışına maneə olmadığı üçün bu kanal erməni xüsusi xidmət orqanlarının öz agentlərini “içəri keçirməsi” üçün ən münasib variantdır. Digər tərəfdən, Gürcüstanda familiyasını dəyişən və özünü gürcüləşdirən çoxlu erməni yaşayır. Belələri ilk baxışdan şübhə doğurmadan qanuni yollarla da Azərbaycana keçə bilər. Lakin indi söhbət gizli yolla keçən qrupdan gedir və həmin qrup üzvlərinin ən azı ikisinin erməni olması dəqiqdir. Arzumov Eduard Martinoviç adlı Gürcüstan vətəndaşının da erməni olduğu təxmin edilir, çox güman ki, onun familiyasının əvvəlki variantı “Arzumanyan” olub.
Ekspert qeyd edir ki, Gürcüstan istiqaməti Azərbaycan xüsusi xidmət orqanlarının da ciddi nəzarəti altındadır və sərhədi qanuni yollarla keçənlərin arasında erməni xəfiyyələrinin olmasının mümkünlüyü həmişə nəzərə alınır. Digər tərəfdən, Azərbaycan özü də Ermənistan kəşfiyyatının planlarından vaxtında xəbər tutmaq və neytrallaşdırmaq üçün Gürcüstan ərazisində əməliyyat şəraitini nəzarətdə saxlamağa çalışır. Belə görünür ki, Gürcüstan-Azərbaycan sərhədini gizli keçərkən saxlanılmış qrupla bağlı araşdırmaya Dövlət Sərhəd Xidməti ilə yanaşı, Azərbaycanın müvafiq dövlət və xüsusi xidmət orqanları da cəlb olunacaq.
T.NƏCƏF

Bu xəbər oxucular tərəfindən 1334 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |