Şrift:
Türkiyənin ordu rəhbərliyi Suriya ilə sərhədə gedib
28.02.2020 [09:15] - Xəbərlər, Hərb
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ölkənin ordu heyəti ilə birlikdə Suriyanın İdlib bölgəsi ilə sərhədə gedib. Prezident Rəcəb Tayyib Ərdoğan vəziyyətlə bağlı müdafiə nazirindən məlumat alıb.

Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib bölgəsində antiterror əməliyyatı aparan türk hərbi qüvvələrinin müdafiəsini gücləndirmək üçün əlavə tədbirlərə başlayıb.

Ehtimal edilir ki, Prezident Aparatında dövlət başçısının sədrliyi ilə keçirilən Türkiyə Təhlükəsizlik Şurasının altı saatlıq iclasında da İdlibdəki vəziyyət müzakirə olunub.

Ən son məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin İdlibdəki birləşmələrinin qarşı tərəfin hava hücumuna məruz qalması nəticəsində 33 türk hərbi qulluqçu şəhid olub.
Bu xəbər oxucular tərəfindən 386 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed