28.02.2020 [09:23] - İdman
Fevralın 27-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün onaltıdabir final mərhələsinin növbəti cavab oyunu keçirilib.
Türkiyənin bu turnirdə yeganə təmsilçisi “Başakşehir” klubu öz meydanında Portuqaliyanın “Sportinq” komandasını qəbul edib.
Səfərdə 3:1 hesabı ilə məğlub olan İstanbul təmsilçisi ilk dəqiqələrdən rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Matçın 31-ci dəqiqəsində Martin Şkrtel hesabı açıb - 1:0. Birinci hissənin başa çatmasında bir dəqiqə qalmış “Başakşehir” hesab arasındakı fərqi iki topa çatdırıb. Daniel Aleksiç adını tabloya yazdırıb - 2:0.
Qarşılaşmanın ikinci hissəsinin 68-ci dəqiqəsində qonaqlar qollardan birinin əvəzin çıxıb. Luçiano Vietto Markos Akunanın ötürməsini dəqiq zərbə ilə tamamlayıb - 2:1. Matçın 90-ci dəqiqəsində “Başakşehir” yenidən fərqlənib. Edin Vişca komandasının vacib qolunu vurub.
Ümumi hesab eyni olduğundan qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqəlik iki hissə oynanılıb.
Artırılan ikinci hissənin 14-cü (119-cu) dəqiqəsində “Başakşehir” daha bir qol vurub. Hakimin təyin etdiyi 11-metirlik cərimə zərbəsini E.Vişca dəqiq yerinə yetirərək komandasına səkkizdəbir finala vəsiqə qazandıran həlledici qolu qapıdan keçirib - 4:1. Bu, oyunda sonuncu qol olub.

Bu xəbər oxucular tərəfindən 360 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |