28.02.2020 [10:28] - Mədəniyyət
“YARAT” Müasir İncəsənət Mərkəzində “Mədəniyyət biznesi forumu: mövcud vəziyyət və perspektivlər” mövzusunda ictimai müzakirə təşkil edilib. Mədəniyyət Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət və incəsənət sahəsində biznesin inkişafına dair müzakirələr aparılıb. Nazirliklərin, qeyri-hökumət təşkilatlarının, müvafiq sahədə fəaliyyət göstərən sahibkarların, mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə keçirilən forumu KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov açıq elan edərək iştirakçıları salamlayıb. Bildirib ki, bu günə kimi sahibkarlar üçün təşkil edilən artıq 8-ci forum öz işinə başlayır və ilk dəfədir mədəniyyət sahəsinə həsr olunub.
Tədbirdə çıxış edən KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov forumun dövlət-özəl dialoqu üçün əlverişli platforma kimi müvafiq sektorun Azərbaycan iqtisadiyyatında dəyər yaratma potensialının geniş olduğunu bildirdi. Mədəniyyət Nazirliyi Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə nazirlik tərəfindən hazırlanmış www.creative.az saytına dair təqdimatla çıxış etdi. Şöbə müdiri bildirdi ki, portalın yaradılmasında məqsəd həm də Azərbaycanın yaradıcılıq məhsullarının “Kreativ Azərbaycan” brendi altında təşviqidir. Tədbir iştirakçıların müraciət və təkliflərinin dinlənilməsi və müzakirələrlə davam edib.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 373 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |