28.02.2020 [10:41] - Hadisə
Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən külli miqdarda aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısını alıblar. Dövlət Gömrük KOmitəsindən bildirilib ki, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində yerləşən mənzilin qarajında aksiz markası olmayan siqaretlərin saxlanılmasına və həmin ərazidən Azərbaycan vətəndaşının idarə etdiyi "Hyundai Tucson" markalı avtomobil ilə daşınmasına dair əməliyyat məlumatı daxil olub. Məlumat təsdiqini tapdıqdan sonra yaradılmış əməliyyat qrupu həmin ərazidə əməliyyat-axtarış tədbirləri həyata keçirib. Baxış zamanı qarajda və avtomobilin yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan ümumilikdə 176 min 200 ədəd müxtəlif markalı siqaret aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
DAVAM.AZ
DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 415 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |