Şrift:
Kanada nümayəndə heyəti Mahmud Əhmədinejatın BMT-dəki çıxışını boykot edib
27.09.2012 [10:41] - Güney Azərbaycan xəbərləri
Kanada nümayəndə heyəti İran prezidenti Mahmud Əhmədinejatın Nyu-Yorkda BMT-nin Baş Assambleyasındakı çıxışını boykot edib.
Bu barədə Kanada xarici işlər nazirliyinin xüsusi bəyanatında bildirilir.
Bəyanatda deyilir: “Bizim İran prezidentinin nifrətlə dolu Qərbə qarşı, antisemit çıxışını sakitcə dinləmək fikrimiz yoxdur. Onun çıxışı bu ayın əvvəlində İranla diplomatik münasibətlərin dayandırması barədə Kanada hökumətinin qəbul etdiyi qərarın düzgün olmasını bir daha təsdiq edib. İranın apardığı siyasət regionda və dünyada təhlükə yaradır”.

Kanada sentyabrın 7-də Tehranda səfirliyini bağlayıb və İran diplomatlarının Ottavanı tərk etməsinə 5 gün vaxt verib.
Bu xəbər oxucular tərəfindən 1048 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed