Şrift:
Güney Azərbaycanlı milli fəal Əli Səmədpur müvəqqəti azadlığa buraxılıb
27.09.2012 [11:06] - Güney Azərbaycan xəbərləri
Azərbaycanlı fəal Əli Səmədpur Sarab şəhərinin zindanından mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb.

İyulun 2-də öz şəxsi evində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanan Səmədpur, sentyabrın 25-də 60 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

O, Sarab şəhərinin zindanından müvəqqəti azadlığa buraxılıb.

Qeyd edək ki, keçən aylarda Sarab şəhərində bir çox azərbaycanlı fəal tutulanmışdır. Onlardan son günlərdə mülki vəsiqə qarşılığında bir neçəsi azadlığa buraxılsada, hələdə bir neçə fəal həbsdə saxlanılır.
Bu xəbər oxucular tərəfindən 1077 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed