02.03.2020 [08:19] - Mədəniyyət
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün irimiqyaslı sosial layihələrini, fiziki məhdudiyyətli istedadlı yaradıcı gənclərin teatra inteqrasiyasını uğurla davam etdirməkdədir. Bu mənada sağlamlıq imkanları məhdud yuxarı yaş qrupunda həvəskarların cəlb olunduğu “Oyun” adlı teatr və onun qısa zamanda əldə etdiyi nailiyyətlər xüsusi qeyd olunmalıdır. Əlilliyi olan çoxsaylı istedadlı vətəndaşlarımızın müraciətlərinə əsasən təşkil edilən teatrın ilk səhnə işi “Solğun sevgilər” adlanır. Ötən ilin sonlarında premyerası ilə gündəmə gələn və sənətsevərlərin marağına səbəb olan “Oyun”çular çoxsaylı müraciətləri nəzərə alaraq yenidən teatrsevərlərin qarşısına çıxacaqlar.
Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə teatrın birgə layihəsi olan tamaşa görkəmli dramaturqumuz Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə hazırlanıb. Müəllifin “Solğun çiçəklər” dramına müraciət edən yaradıcı heyət klassik nümunəyə tam fərqli səhnə yozumu verib. Pyesin motivləri əsasında hazırlanan tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Vüqar Camalzadə, xoreoqrafı Elnur İsmayılovdur. Tamaşanın əsas ideyası sədaqət, dürüstlük, dostluq və saf məhəbbətin əbədiyaşarlığıdır. Fiziki əlillikdən çox mənəvi şikəstliyin qüsur olmasına diqqət çəkən səhnə işində baş rollardan savayı bütün obrazları həvəskarlar canlandırırlar. Birhissəli səhnə nümunəsində rolları Xəqani Əliyev, Aysel Əlizadə, Nazlı Əliyeva, Səma Məmmədova, Rəsul Məmmədli, Ceyhun Mahmudov ,Taleh İsmayılov, eləcə də aktyorlar Türkay Cəfərli, Cavid İbrahimov, Ülviyyə Əliyeva, Elnarə Qədimova, Zümrüd Qasımova və Günay Əhməd oynayırlar. Qeyd edək ki, “Oyun” teatrının həvəskarlarına pedaqoq və peşəkar aktyorların iştirakı ilə səhnə danışığı, vokal, xoreoqrafiya dərsləri də tədris olunur.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 336 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |