Şrift:
Milli Kitabxana ilə Qazaxıstan kitabxanaları arasında işbirliyi böyük önəm daşıyır
02.03.2020 [08:26] - Mədəniyyət
Qazaxıstanın Azərbaycandakı səfiri Serzhan Abdykarımov Azərbaycan Milli Kitabxanasında olub. Kitabxanadan bildirilib ki, qurumun direktoru Kərim Tahirov qonaqların kitabxanada olmasından məmnunluğunu bildirib. O, Milli Kitabxana haqqında qonaqlara məlumat verərək kitabxananın beynəlxalq əlaqələrindən, burada həyata keçiriləcək yeni layihələrdən söz açıb. Direktor Azərbaycan Milli Kitabxanası ilə Qazaxıstan kitabxanaları arasında həyata keçirilən informasiya, təcrübə, kitab mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Kərim Tahirov vurğulayıb ki, ötən il VI Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkası çərçivəsində Milli Kitabxanada “Beynəlxalq Əməkdaşlıq Zalı”nın açılış mərasimi keçirilib. Qeyd edib ki, “Beynəlxalq Əməkdaşlıq Zalı”nın açılışında 13 ölkənin Azərbaycandakı diplomatik nümayəndələri və kitabxanaların rəhbərləri də iştirak ediblər. Kərim Tahirov bildirib ki, zalda 13 ölkənin ədəbiyyatına dair yaradılmış daimi guşədə qazax ədəbiyyatı da xüsusi yer alır.
Söhbət zamanı Serzhan Abdykarımov Milli Kitabxanada olmasından məmnunluğunu ifadə edərək, gələcək əməkdaşlıq barədə fikirlərini qeyd edib. O bildirib ki, iki ölkə arasındakı əməkdaşlığı inkişaf etdirmək, birgə layihə və tədbirlər keçirmək əsas məqsədlərdən biridir.
Daha sonra Milli Kitabxananın direktoru Kərim Tahirov Serzhan Abdykarımovun Milli Kitabxanaya hədiyyə etdiyi qiymətli kitablara görə minnətdarlığını bildirib və “Milli Kitabxana. Fotoalbom”, “Qobustan – minilliklərin kitabı”, Azərbaycanın xəritəsini və Milli Kitabxanadan xatirə suvenirini qonağa hədiyyə edib. Həmçinin qonaqlar Milli Kitabxananın “Beynəlxalq Əməkdaşlıq Zalı” ilə tanış olublar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 359 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed