02.03.2020 [08:34] - İdman
Martın 1-də futbol üzrə İspaniya La Liqasının 26-cı turunun mərkəzi qarşılaşması keçirilib. Maraqla gözlənilən və “El klassiko” adlanan görüşdə “Real Madrid”–“Barselona” komandaları üz-üzə gəlib. “Santiaqo Bernabeu” stadionunda 75 min 557 nəfərin izlədiyi görüşdə “Real Madrid” qələbə qazanıb (2:0). Oyunda birinci hissədə hesab açılmasa da, “Real Madrid” fasilədən sonra ardıcıl iki dəfə fərqlənərək vacib qələbə qazanıb. Vinisius Junior (71) və Mariano Diaz (90) fərqləniblər. Bu qələbədən sonra aktivinə 56-ci xalı yazan madridlilər turnir cədvəlində liderliyə yüksəlib. “Barselona” isə 55 xalla ikinci yerdə qərarlaşıb. “Barselona” və “Real Madrid”in çempionatdakı ən yaxın izləyicisi “Sevilya”nin 46 xalı var.
Bu, La Liqada 180-ci “El klassiko” olub. İndiyədək keçirilən görüşlərdə “Real Madrid” 73 dəfə, “Barselona” isə 72 dəfə qalib gəlib. Otuz beş oyun heç-heçə başa çatıb.
DAVAM.AZ
Bu, La Liqada 180-ci “El klassiko” olub. İndiyədək keçirilən görüşlərdə “Real Madrid” 73 dəfə, “Barselona” isə 72 dəfə qalib gəlib. Otuz beş oyun heç-heçə başa çatıb.
DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 353 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |