Şrift:
İrana qarşı növbəti ağır sanksiyalar...
27.09.2012 [11:23] - Güney Azərbaycan xəbərləri
Avropa Birliyi İranın maliyyə və ticarət sektorunu çökdürmək qərarına gəlib.

Yeni sanksiyalarda İranın maliyyə və ticarət sektoru hədəf götürülüb. Bu barədə AzNews.az iran.ru saytına istinadən xəbər yayıb.

Verilən məlumata görə, bu barədə məlumatı Fransanın Xarici İşlər naziri Loran Fabius BMT iclasında çıxışı zamanı səsləndirib. O, hətta İran Mərkəzi bankının da sanksiyaların əhatə dairəsinə daxil olacağını deməkdən çəkinməyib və bildirib ki, bu sonrakı mərhələlər də həyata keçiriləcək.

Xatırladaq ki, ötən gün Fransa prezidenti Fransua Olland çıxışı zamanı Birliyin İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyini bildirmişdi. Bundan əlavə, nəzərinizə çatdıraq ki, BMT Baş Assambleyasının iclasında İran məsələsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyadan ibarət “ altılıq” ölkələrinin müzakirələri keçiriləcək. İranla bağlı yeni qərarların qəbul ediləcəyi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 912 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed