Şrift:
Niderlanddakı diaspor nümayəndələrimizdən ermənilərə layiqli cavab
02.03.2020 [11:22] - Diaspor
Niderlandın Haaqa şəhərində erməni əsilli bir qrup şəxs Azərbaycanın səfirliyi qarşısında piket keçirməyə cəhd göstərib. Ancaq onlar Niderlanddakı diasporumuzun nümayəndələri tərəfindən layiqli cavablarını alıblar.
Avropa Azərbaycanlıları Media Qrupu, Belçika və Niderland Azərbaycanlılarının Koordinasiya Şurası, Niderlandda təhsil alan tələbələr və digər soydaşlarımız 10 metr uzunluğunda Azərbaycan bayrağını ermənilərin gözü qarşısında ucaldıblar. Soydaşlarımız səsgücləndirici vasitəsilə Paşinyanın Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirələrdə çaşaraq söylədiyi “Dağlıq Qarabağ ərazisi Azərbaycana aiddir” sözlərinin səs yazısını nümayiş etdiriblər. Bu, erməniləri sarsıdıb. Onlar saxta fikirlər yazılmış plakatları yerə ataraq səfirliyin ərazisindən uzaqlaşıblar.
Mitinqin təşkilatçısı, Avropa Azərbaycanlıları Media Qrupunun sədri, Belçika və Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev bildirib ki, ermənilər yenə belə cəhdlər etsələr, hər dəfə onlara qarşı bu cür cavab aksiyaları təşkil ediləcək. Ermənilər bilməlidirlər ki, Niderlandda həmişə Azərbaycanın maraqlarını qoruyan qüvvələr var.

DAVAM.AZ
“Avropa Bürosu”
Bu xəbər oxucular tərəfindən 30007 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed