Şrift:
Məhkumların psixoloji yardım almaq hüquqlarının təmin edilməsində səmərəlilik artırılır
02.03.2020 [11:56] - Hüquq
Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Məhkəmə Ekspertizası Mərkəzi arasında təsdiq edilmiş birgə tədbirlər planına əsasən məhkumların psixoloji yardım almaq hüquqlarının təmin edilməsi işində səmərəliliyin artırılması məqsədilə 2 və 17 saylı cəzaçəkmə müəssisələrində seminar-treninqlər keçirilib. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, psixoloji treninqlər azadlıqdan məhrum edilmiş şəxslərin sosial adaptasiyasının gücləndirilməsinə, onların davranışlarında yaranmış psixoloji və əsəb gərginliklərinin, mənfi halların aradan qaldırılmasına, azadlığa çıxdıqdan sonra həyat planlarının qurulmasına, şəxsiyyətlərarası münasibətlər sisteminin bərpasına və itirilmiş sosial münasibətlərin qaytarılmasına yardım edilməsi üçün əsas vasitələrdən biri kimi istifadə olunur.
Seminar “Məhkumların azadlığa çıxandan sonra cəmiyyətə adaptasiya olunmasının psixoloji əsasları, şəxsiyyətlərarası münasibətlərin tənzimlənməsi” mövzusuna həsr edilib. Treninqlərdə psixoloji sağlamlıqda yaranan problemlər, qarşılıqlı münasibətlərdə qeyd olunan destruktiv hallar, profilaktika tədbirləri barədə mühazirə dinlənilib. Sonra mövzu ətrafında müzakirələr aparılıb və məhkumları maraqlandıran suallar cavablandırılıb. Tədbirdə Penitensiar Xidmətin və Məhkəmə Ekspertizası Mərkəzinin məsul əməkdaşları iştirak ediblər.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 624 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed