27.09.2012 [12:15] - Siyasət
XİN “Erməni əsilli olduğuma görə Azərbaycana gedə bilmərəm” yazan Ras Cuskalianı ölkəyə dəvət edə bilər; onun “The New York Times”dakı məqaləsində subyektiv fikirlərlə yanaşı xeyli obyektiv məqam da var
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın nüfuzlu “The New York Times” qəzetinin işğal altındakı Dağlıq Qarabağa və ətraf ərazilərə səfər edən erməni əsilli əməkdaşının məqaləsi ilə bağlı araşdırma aparır. Bu barədə APA-ya nazirliyin mətbuat katibi Elman Abdullayev bildirib. E.Abdullayev jurnalistin öz məqaləsində Dağlıq Qarabağa səfər etməyin yollarını göstərən qeydlərini qanunsuz adlandırıb. XİN rəsmisi deyib ki, Azərbaycanın Vaşinqtondakı səfirliyinə müvafiq təlimat verilib.
Yada salaq ki, “Yeni Müsavat” qəzeti Ras Cuskalianın həmin məqaləsinin tərcüməsini qısa ixtisarlarla ötən sayında dərc edib. Lakin xaricilərin Dağlıq Qarabağa Ermənistan üzərindən necə səfər edə biləcəyinə və harada gecələyə biləcəklərinə dair qeydlər bu məqalədə kiçik epizod idi. Erməni əsilli jurnalist yazmışdı ki, Dağlıq Qarabağa səfər etmək əsəbləri zəif olanların işi deyil, çünki hər gün təmas xəttində atışmalar gedir, bölgədə turizm infrastrukturu mövcud deyil və nəqliyyat demək olar ki, yoxdur.
Amerikalı jurnalist öz məqaləsində onu da yazmışdı ki, istəyənlər İrəvanda öz pasportlarına “DQR” vizasını ayrıca vərəqdə yapışdırmağı xahiş edə bilərlər. Bu, sonradan həmin vərəqi qoparmaqla Azərbaycana da getməyə imkan verə bilər. Çünki Azərbaycan Dağlıq Qarabağa qanunsuz səfər edənləri öz ərazisinə buraxmır.
Müəllifin bu qeydləri Dağlıq Qarabağda qanunsuz turizmin təbliğatı kimi dəyərləndirilə bilər. Amma məqalənin ümumi kontekstinə baxanda bu qeydlər o qədər də təhlükəli görünmür. Xüsusən ona görə ki, erməni əsilli jurnalistin özünün də yazdığı kimi, nənəsi 1915-ci il hadisələri zamanı Osmanlı imperiyasından - Anadoludan Amerikaya qaçmış erməni olan R.Cuskalian məqaləsində Qarabağ münaqişəsi və onun nəticələri ilə bağlı xeyli dərəcədə obyektiv məqamları əks etdirib. Təəccüblü də olsa qeyd olunmalıdır ki, jurnalist erməni mənşəli olmasına baxmayaraq ermənilərin yer üzündən sildikləri Ağdam və Kəlbəcər şəhərləri, “vaxtilə türklərin onlara etdiklərinə görə” ermənilərin Dağlıq Qarabağda birgə yaşadıqları azərbaycanlılara divan tutması, yüz minlərlə qarabağlının hazırda Azərbaycanın müxtəlif yerlərində qaçqın kimi yaşaması, onların öz doğulduqları yerləri görmək imkanında olmamasından irəli gələn ədalətsizlik barədə açıq bəhs edib.
Həmçinin o, ermənilərin sifarişi ilə yazan digər xarici jurnalistlərdən fərqli olaraq Dağlıq Qarabağdakı qanunsuz erməni rejiminin ünvanına hər hansı tərif işlətməyib, əksinə, gördüklərini təsvir edərək Qarabağda ermənilərin nə dərəcədə miskin həyat yaşadıqlarını ortaya qoyub.
Bu məqamlarla bağlı XİN-in mətbuat katibi E.Abdullayevlə söhbətləşdik. Nazirlik rəsmisi məqalədə qeyri-obyektiv məqamlarla yanaşı, obyektiv məqamların da yer aldığı barədə qənaəti bölüşdüyünü dedi. “Erməni əsilli olduğuma görə yəqin ki, Azərbaycana gedə bilmərəm” yazan amerikalı jurnalisti onda erməni təbliğatının təsirləri ilə yaranmış təsəvvürləri alt-üst etmək, qaçqınlar və Qarabağ münaqişəsi mövzusunda daha bir yazı hazırlamasına şərait yaratmaq üçün Cuskalianı Bakıya dəvət etmək ideyamızı da E.Abdullayevə çatdırırıq. Nazirlik rəsmisi “bu, çox maraqlı təklifdir, həmin məqalə ilə bağlı müvafiq təlimatlar verilib, bu təklifi də müzakirə edəcəyik” deyir.
E.Abdullayev də razılaşır ki, xaricdəki erməni lobbisi Azərbaycana heç bir erməninin ayaq basa bilməyəcəyi və yaşamasının mümkün olmadığı barədə təbliğat aparır. Əslində isə rəsmi statistikaya görə, Azərbaycanda 30 minə qədər erməni hələ də yaşamaqdadır. Baxmayaraq ki, Ermənistan öz ərazisində çoxdan etnik təmizləmə aparıb və bu ölkədə bir nəfər də olsun azərbaycanlıya rast gəlmək mümkün deyil.
Erməni mənşəli olub ermənilərin azərbaycanlılara qarşı törətdiklərindən az da olsa yazmaq nadir hadisə hesab edildiyi üçün yəqin ki, ölkə rəsmiləri bu məqamdan düzgün istifadə etməyə çalışacaqlar.
Fərhad MƏMMƏDOV

Bu xəbər oxucular tərəfindən 1024 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |