27.09.2012 [12:47] - Güney Azərbaycan xəbərləri
Bu gün səhər İranın Şərqi Azərbaycan əyalətinin Vərzəqan şəhərində yenidən zəlzələ baş verib. Bu barədə MEHR agentliyi xəbər yayıb.
Zəlzələnin gücü Rixter cədvəli üzrə 4,5 bal olub.
Zəlzələ yerli vaxtla saat 04:26-də baş qeydə alınıb. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
Xatırladaq ki, avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb. Təxminən beş min bina zərər görüb.
Həmçinin Vərzəqan şəhərində sentyabrın 22-də də 4 bal gücündə zəlzələ baş vermişdi.

Bu xəbər oxucular tərəfindən 1133 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |