03.03.2020 [09:30] - Mədəniyyət
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ölkə ərazisində koronavirus (COVID - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi qərara və Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən martın 3-dən 9-dək Baş İdarənin tabeliyində olan bütün uşaq musiqi və incəsənət məktəblərində tədris, təlim-tərbiyə prosesinin dayandırılması və bununla bağlı bütün tədbirlərin təxirə salınması haqqında qərar qəbul edib. İdarədən bildirilib ki, bu müddət ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.
DAVAM.AZ
DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 334 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |