Şrift:
“Arşın mal alan” operettası Marionet Teatrının səhnəsində
03.03.2020 [09:32] - Mədəniyyət
Martın 7-də Bakı Marionet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş olunacaq. On iki pərdəlik səhnə əsərinin quruluşçu rejissoru Tərlan Qorçu, quruluşçu rəssamları Elçin Məmmədov, Tərlan Qorçu, musiqi aranjemançısı Cavanşir Quliyev, kukla rəssamları Elman Mirzəyev, Şamil Buksayev, İrma Kaadze, Elmira Abbaslı, dekorasiya rəssamları Abbasəli Mustafayev, Elman Mirzəyev, Tərlan Qorçu, Zeynəb Kaadzedir.
Qeyd edək ki, səhnə əsəri xarici ölkələrdə müxtəlif dillərdə tamaşaya qoyularaq daima izləyicilər tərəfindən rəğbətlə qarşılanıb. Tamaşa Marionet Teatrında ilk dəfə 30 il bundan əvvəl səhnələşdirilib. Biletləri iTicket.az saytından əldə etmək olar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 319 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed