Şrift:
Marneulidə Koronavirusla bağlı dezinfeksiya işlərinə başlanıldı
03.03.2020 [11:08] - Borçalı
Marneuli Munisipalitetində, Gürcüstanın Səhiyyə Nazirliyinin tövsiyəsi ilə, COVID-19-la bağlı olaraq munisipal nəqliyyat xüsusi məhlullar ilə dezinfeksiya edilir.
Dezinfeksiya işləri, Munisipalitetin məktəbəqədər təhsil müəssisələrində və ictimai məktəb binalarında, mərhələli şəkildə həyata keçirilir. Marneuli Munisipalitetinin "Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzi", dezinfeksiya işlərini mərhələli şəkildə aparır və bütün önəmli yerləri əhatə edir. Eyni zamanda, Agentliklərarası Koordinasiya Şuralarının tövsiyəsinə əsasən, Marneuli Munisipalitetində 3 və 8 mart tarixlərində planlaşdırılan kütləvi tədbirlər ləğv ediləcək.
Qeyd edək ki, baş nazir tərəfindən yaradılan Koordinasiya Şurası çərçivəsində, Bölgə Qəyyumlarının rəhbərliyi altında Koordinasiya işçi qrupları yaradılıb. İşçi qruplarının koordinasiyası Regional İnkişaf və İnfrastruktur Nazirliyi və Gürcüstanın Baş nazirinin Regional məsələlər üzrə müşaviri Sozar Subari tərəfindən təmin edilir.


DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 1528 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed