Şrift:
Paytaxt məktəblərində təxirəsalınmaz dezinfeksiya işləri həyata keçirilir
03.03.2020 [14:07] - Xəbərlər, Sağlıq
Koronavirus (COVID-19) infeksiyası havada uzunmüddətli qalıcı olmasa da, onun səthlərdə uzun müddət qalma ehtimalı var. Bu səbəbdən də paytaxt məktəblərində təxirəsalınmaz dezinfeksiya işləri həyata keçiririk.

Bu fikirləri Bakı Şəhəri Dezinfeksiya Stansiyasının həkimi, epidemioloq Elvin Məmmədov 54 nömrəli məktəbdə təşkil olunan mediaturda müsahibəsində deyib.

O bildirib ki, dezinfeksiya zamanı yüksəkkeyfiyyətli yerli və xarici ölkə istehsal olan məhlullardan istifadə edilir.

“Məktəblərdə dezinfeksiya işlərinə yanvar ayından etibarən start verilib. Ötən müddət ərzində biz dezinfeksiya işlərini dərs saatlarından kənar vaxtlarda aparırdıq və dezinfeksiya haqqında Təhsil Nazirliyinə yazılı hesabatla yanaşı foto və videohesabat da təqdim edirdik. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən bu il martın 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Biz də bu müddət ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılmasını nəzərdə tutmuşuq”, - deyə epidemioloq Elvin Məmmədov qeyd edib
Bu xəbər oxucular tərəfindən 400 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed