Şrift:
Bütün təhsil müəssisələrində tibbi-profilaktik tədbirlər davam etdirilir
04.03.2020 [09:55] - Hadisə
Koronavirus (COVİD - 19) infeksiyasının qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər davam etdirilir. Təhsil Nazirliyindən verilən məlumata görə, Bakı, Sumqayıt, Şirvan, Gəncə şəhərləri, Xaçmaz, Ucar, Qax, Qazax, Ağdam, Samux, Ağsu rayonları da daxil olmaqla digər şəhər və rayonlarda profilaktik tədbirlər intensivləşdirilib. Müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə bütün təhsil müəssisələrində martın 9-dək tədris prosesi dayandırılıb.
Qeyd edək ki, martın 10-dək Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 473 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed