Şrift:
Siemens şirkəti İran hakimiyyətini ifşa etdi
28.09.2012 [10:40] - Güney Azərbaycan xəbərləri
İran Məclisinin Təhlükəsizlik Komitəsinin sədri Ələddin Borucərdin mütəxəssislərin Almanyadan atom proqramı üçün alınan avadanlığın içindən partlayıcı qurğu tapdıqlarını deyib. Borucərdinin sözlərinə görə partlayıcı avadanlığın içinə Almaniyada “Simens”in fabrikində yerləşdirilib. O, təxribatın məqsədinin isə İranın Nüvə proqramına zərər vermək olduğunu vurqulayıb. Borucərdinin dediyinə görə mütəxəssislər partlayıcı qurğunu zərərsizləşdirməyə nail olublar. Hadisəsən dərhal sonra “Simens” şirkətindən təkzib açıqlaması gəlib. Şirkətin mətbuat xidmətinin rəhbəri Aleksandr Makovets bəyan edib ki, "Ələddin Borucərdinin iddiası cəfəngiyyatdan başqa bir şey deyil. Çünkü “Simens” şirkəti 1979-cu ildən etibarən İranla bütün əlaqələrini kəsib və heç bir sahədə İranla əməkdaşlıq etməyib. Həmçinin heç bir növ avadanlıq da Tehrana göndərilməyib.Qeyd edək ki, bundan əvvəl də İranın Nüvə Proqramının rəhbəri Firuddun Abbasi Vyanadaki çıxışında Beynəlxalq Atom Enerjisi Təşkilatının nümayəndələrini cəsusluq , terrorizm və təxribatda ittiham etmişdi.
Bu xəbər oxucular tərəfindən 1058 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed