Şrift:
Qaşqay türklərindən “Traxtur” takımı və Azərbaycana görünməmiş dəstək
28.09.2012 [10:48] - Güney Azərbaycan xəbərləri
İran və Güney Azərbaycanda gedən ictimai-siyasi proseslər gündən-günə genişlənir.

Bu ölkəni sankı bir ruhani cərəyan içdən yuyub təmizləməkdədir. Gün keçdikcə azərbaycanlıların arasında yaranan birlik, İranda yaşayan digər türk xalqları o cümlədən türkmən və qaşqay türklərini də yetəri qədər ətkiləyir. İranda yaşayan türk xalqları hətta dünya türklərinin talehinə də biganə qalmır və müxtəlif cərəyanlarda onların xeyirinə mövqe tuturlar.

Dünən Şirazda Təbrizin “Traxtur” futbol takımı ilə “Fəcr-i Sepasi” arasında keçirilən müsabiqədə, “Traxtur” (1 – 0) hesabı ilə yenilsə də, ama gənəl anlamda millitimizin xeyirinə növbəti addım atılıb. Məlumata görə, Qaşqay türkləri “Traxtur” və Azərbaycana xüsusi rəğbət və dəstəklərini nümayiş etdiriblər. Onlar “Yaşasın Azərbaycan”, “Türk dilində mədrəsə”, “Azərbaycan diyasımız – Traxtur iftixarımız” və ... kimi şüarlar səsləndirməklə türk millətinin bir yumruq olduğunu bir daha nümayiş etdiriblər.

Milli şüarların səsləndirilməsi, stadionda həyəcanlı anların yaşanılmasına səbəb olub.
Bu xəbər oxucular tərəfindən 1698 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed