28.09.2012 [10:54] - Gündəm
Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Baş Assembleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı ilə görüşüb.
XİN-in mətbuat xidmətindən cümə axşamı verilən məlumata görə, görüşdə Azərbaycan və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası arasında əlaqələr və qurumun BMT və digər beynəlxalq təşkilatlar yanında müşahidəçi statusu alması istiqamətində görülən işlər müzakirə olunub.
Həmçinin, təşkilata üzv ölkələr arasında iqtisadi inteqrasiyanın artırılması, müxtəlif regionlarda diplomatik nümayəndəliklər səviyyəsində məsləhətləşmələr mexanizminin yaradılması, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bu xəbər oxucular tərəfindən 938 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |