05.03.2020 [08:12] - Hüquq
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvard ilə görüşüb. Ombudsman Aparatından bildiriblər ki, müvəkkil UNİCEF ilə səmərəli əməkdaşlığın əhəmiyyətini, birgə tədbirlərin və mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırıb, gələcək fəaliyyətin yeni müstəvidə davam etdiriləcəyinə əminliyini ifadə edib. Səbinə Əliyeva Milli İnsan Hüquqları Təsisatı olaraq uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən tədbirlər, o cümlədən müstəqil monitorinq mexanizmi kimi əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən və əməkdaşlıq imkanlarından danışıb.
E.Karvardin Azərbaycan ombudsmanının əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi sahəsində fəaliyyətini, uşaq müəssisələrində Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində həyata keçirilən birgə işləri yüksək qiymətləndirib.
Görüşdə fəaliyyət planı çərçivəsində Milli Preventiv Mexanizminin uşaq komponentinə dəstək məqsədilə əlavə sosial işçi və hüquqşünas mütəxəssislərin bu proseslərə cəlb olunması, ombudsmanın fəaliyyəti ilə bağlı məlumatlılığın artırılması, uşaqlara ünvanlanan zəruri sosial xidmətlər əsas müzakirə mövzusu olub. Həmçinin açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planında əksini tapmış və uşaq hüquqları ilə bağlı müraciətləri də nəzərə alacaq ombudsmanın vahid qaynar xətt xidmətinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb, imzalanan fəaliyyət planı üzrə gələcək əməkdaşlığın prioritetləri müzakirə olunub. Qeyd olunub ki, sosial xidmətlərdən istifadə imkanlarının, habelə uşaq müdafiəsi sisteminə təkliflər baxımından dövlət qurumlarının, hüquq-mühafizə və yerli icra hakimiyyəti orqanlarının ehtiyaclarının qiymətləndirilməsi və monitorinqi də əsas hədəflərdəndir.
Sonda Ombudsman təsisatı ilə UNİCEF arasında birgə əməkdaşlığa dair fəaliyyət planı imzalanıb.
DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 597 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |