28.09.2012 [11:11] - Güney Azərbaycan xəbərləri
Bu gün 27 Sentyabr, Güney Azərbaycanlı milli mübariz mərhum İbrahım Cəfərzadə, həyat yoldaşı Mina Kəhrubayi və qızları Aylanın il dönümü münasibəti ilə Xoy şəhərinə gedən tanınmış milli mübariz Abbas Leysanlı, səkkiz başqa milli fəalla birgə İttilaat məmurları tərəfindən tutuqlanmışlar. Bu milli fəallar, jurnalist Rəhim Qulami(Ərdəbil), siyasi fəal Əsgər Əkbərzadə(Ərdəbil),siyasi fəal Siyamək Mirzayi, mədəni fəal Fridun Ağazadə(Makı), mədəni fəal Meysəm Azadi(Muğan), mədəni fəal Həmid Qurbanəlizadə(Meşkinşəhr), Mədəni fəal Kiyanuş Tohidi, mədəni fəal Behnam Nurməhəmmədidən ibarətdir. Bu milli fəallar, il dönümü mərasiminə qatılmaq üçün Xoya getsələr də mərasim başlamadan öncə İttilaat məmurları tərəfindən tutuqlanmışlar. Bu milli fəalların harada saxlanıldıqları haqqında hələlik heç bir xəbər yoxdur.
Artırmalıyıq Xoy şəhərindən olan mərhum İbrahım Cəfərzadə Güney Azərbaycanın ən sevimli mübariz simalarından olmuş, həyat yoldaşı Mina xanım da milli hərəkətdə əməyi olmuş birisi olaraq, çeşidli fəaliyyətlərdə olmuşdu. Bu ailə Ayla adlı qızları ilə birgə ötən il yol qəzası nəticəsində aramızdan köçdülər. Ötən il də dəfn mərasimində 60-dan çox milli fəal tutuqlandı. Bu 60 nəfərdən 22 milli fəalın işinə Xoyun inqilab məhkəməsində baxılmaqdadır.
Bu gün tutuqlananların sayının artacağı gözlənilir.

Bu xəbər oxucular tərəfindən 1095 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |