Şrift:
Azərbaycandakı islam, xristian, yəhudi, krişna, bəhai icmalarının sayı açıqlandı
28.09.2012 [13:12] - Xəbərlər
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) 2009-cu il sentyabrın 1-dən dini icmaların ilk dəfə və yenidən qeydiyyata alınma prosesinə başladı. Artıq prosesdən 3 il keçib.

Bu müddətdə Komitənin qeydiyyata aldığı dini icmalar barədə Modern.az-a məlumat verən DQİDK mətbuat xidmətinin rəhbəri Orxan Əli bildirib ki, hazırda 576 dini qurum qeydiyyatdan keçib. Konfessional baxımdan onların 555-i İslam, 21-i isə qeyri-islam (xristian – 12; yəhudi – 6; krişna – 1; bəhai – 2) təmayüllüdür.

O.Əli qeyd edib ki, Naxçıvan Muxtar Respublikası və işğal olunan ərazilər istisna olmaqla, ölkə ərazisində 1834 məscid mövcuddur, onlardan 135-i Bakı şəhərinin payına düşür. Ölkədə 12 kilsə və 6 sinaqoq fəaliyyət göstərir.

Qeyd edək ki, dini icmalar yalnız qeydiyyatdan keçdiyi hüquqi ünvanda fəaliyyət göstərə bilər. Həmin hüquqi ünvanlar isə məscidlər olmalıdır.
Bu xəbər oxucular tərəfindən 969 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed