Şrift:
Erməni zabit azərbaycanlı əsrlərə işgəncə verilən hissədə xidmət etdiyi ilə fəxr edir
28.09.2012 [15:01] - Sosial
Belə ki, həmyerlilərimiz alış-veriş üçün getdikləri Gürcüstanın Marneuli rayonundakı Sadaxlı bazarında bir erməninin danışdıqlarının şahidi olublar.

Görünür öncədən kifayət qədər gürcü çaxırından daxilə qəbul etmiş erməni ətrafındakılara Ermənistanın Armavir vilayətinin Vaqarşapat (əvvəllər Eçmiədzin) şəhərində ölkənin Müdafiə Nazirliyinin “Pantor” adlı hərbi hissəsinin yerləşdiyini deyərək, bu hərbi hissədə xidmət etməyi ilə öyünüb.

İçkili vəziyyətdə olan və erməni zabiti olması ehtimal olunan bu şəxs bildirib ki, həmin hərbi hissəyə Ermənistanın müdafiə nazirinin sabiq müavini general-mayor Manverl Qriqoryan rəhbərlik edir.

Erməninin sözlərinə görə, “Pantor”un fəaliyyəti azərbaycanlı əsirlərin ilkin mərhələdə saxlanılması və dindirilməsi, onlara işgəncələrin verilməsindən ibarətdir. Burada işləyən hərbiçilər əsasən Azərbaycan və rus dillərində danışan keçmiş döyüşçülərdir.

Onların arasında əvvəllər Azərbaycanın işğal olunmuş ərazilərində yaşamış ermənilər çoxluq təşkil edir. Sözügedən hərbiçilərin əksəriyyəti işlərindən, məvaciblərindən razıdırlar.
Bu xəbər oxucular tərəfindən 1142 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed