Şrift:
KXDR Cənubi Koreyanın koronavirus epidemiyası ilə mübarizəsini dəstəkləyir
06.03.2020 [10:01] - Xəbərlər, Sağlıq
Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Cənubi Koreya Prezidenti Mun Ce-inə məktub göndərək, ölkəsinin Seulun koronavirus epidemiyası ilə mübarizəsinə dəstəyini ifadə edib.

Məktub barədə Cənubi Koreyanın Prezident Ofisi məlumat yayıb. Kim Çen In məktubunda virusla mübarizə aparan Cənubi koreyalılara təsəlli verib, onlara can sağlığı arzulayıb. KXDR lideri Cənubi Koreya Prezidentinə davamlı dostluğunu və etimadını nümayiş etdirib.

Cənubi Koreya Prezidenti Mun Ce-in öz növbəsində Kim Çen Ina cavab məktubu göndərək, dəstəyə görə təşəkkür edib.
Qeyd edək ki, son məlumata əsasən, Cənubi Koreyada yeni tip koronavirusa (COVID-19) yoluxanların sayı 6 min 88, ölənlərin sayı isə 42 nəfərə çatıb. Cənubi Koreya virusa yoluxanların sayına görə Çindən sonra ikinci sıradadır. Şimali Koreyada isə rəsmi məlumatlara əsasən hələlik koronavirusa yoluxma faktı qeydə alınmayıb. Buna baxmayaraq, ölkədə qabaqlayıcı tədbirlər həyata keçirilir. Buraya virusun meydana çıxdığı və ən çox yayıldığı Çin ilə gediş-gəlişin dayandırılması, orta məktəblərdə tətil müddətinin uzadılması, habelə Cənubi Koreya ilə sərhəddə demarkasiya xəttində müvafiq tədbirlərin görülməsi daxildir.
Bu xəbər oxucular tərəfindən 415 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed