Şrift:
Güney Azərbaycan Milli Hərəkatı İranı silkələyəcək
28.09.2012 [15:15] - Güney Azərbaycan xəbərləri
Dünyanın əksər ölkələrində molla rejiminə qarşı etiraz aksiyaları təşkil olunacaq
İran hakimiyyətinin qurumaqda olan Urmu gölü ilə bağlı tədbrilər görməməsi, siyasi məhbusları azad etməməsi, zəlzələ zərərçəkənlərinə laqeyd münasibəti Güney Azərbaycan Milli Hərəkatını hərəkətə gətirib. Türkiyədə yaşayan GAMOH-un mətbuat əlaqələndiricisi Ağrı Qaradağlının yaxın günlərdə Avropa ölkələrində və Amerikada yaşayan Güney azərbaycanlıları İran rejimi əleyhinə aksiyalara başlayacaqlar. Aksiyalar İran səfriliklərinin, beynəlxalq təşkilatların ofislərinin qarşısında keçiriləcək: “İran hakimiyyətinin zəlzələ qurbanlarına ögey münasibəti, Urmu gölü ilə bağlı tutduğu cinayətkar mövqe, siyasi məhbus problemini həll etməməsi, türklərər an dilində təhsil hüququnu tanımaması Güney Azərbaycan türklərini səbr kasasını daşırıb. Iranda yeni dərs ili başlanır. Hələ də türklərər ana dilində təhsil hüuqu verilməyib. Aksiyalarda ana dilində təhsil də tələb olunacaq”.
Bu xəbər oxucular tərəfindən 1216 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed