Şrift:
Binabın millət vəkili: “Fars dili bizim kimliyimizin göstərgəsi deyil”
28.09.2012 [15:23] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Binab şəhərinin İran parlamentindəki millət vəkili 6-cı sinif dərsliklərinin bəzi mətnlərinin təəssüf doğurduğunu bildirib.Məhəmməd Baqeri senyabrın 26-da parlamentdə deyib:

"Anayasanın başlanğıcın göstərilir ki, “digər İran cərəyanlarından fərqli olaraq, islami inqilabın təməl özəlliyi, onun islam və məktəbə söykənməsidir. Mən başa düşmürəm necə olub ki, İran məktəbi nazirliklərə nüfuz edib!”



Millət vəkili 6-cı sinifin dərsliklərinin bəzi mətnlərinin təəssüf doğurduğunu vurğuluyaraq əlavə edib ki, “təəssüflə 1400 ildən sonra hələdə bəziləri əhalini İran milləti və onların dilini fars dili hesab edir. Bilmirəm nə üçün bunlar islam dinini vəhdət amili kimi qəbul etmirlər.”



Məhəmməd Baqiri Quranı Kərimin bütün müsəlmanları vahid ümmət kimi tanıdığını xatırladaraq sözlərini belə davam edib: Yəqin ki, dərsliklərdəki məntlər islami ölkədə vəhdətin pozulmasına səbəb olur. Bu cəhətdən hamı bilsin ki, Fars dili bizim kimliyimizin göstərgəsi deyil."
Bu xəbər oxucular tərəfindən 962 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed