06.03.2020 [12:21] - Xəbərlər, Sağlıq
Dünya Səhiyyə Təşkilatının (DST) Baş direktoru Tedros Gebreyesus bütün ölkələri COVİD-19-a qarşı mübarizəyə ciddi yanaşmağa, ondan müdafiə üçün təcili tədbirlər görməyə və eyni zamanda, əhali arasında təşviş doğuran dezinformasiyalara qarşı çıxmağa çağırıb.
BMT-nin xəbərlər saytı bildirir ki, DST Baş direktorunun sözlərinə görə, bu günə qədər COVİD-19 virusuna yoluxma ilə bağlı 95265 hadisə qeydə alınıb. 3281 nəfər bu virusdan dünyasını dəyişib. Son sutka ərzində Çində 193 yeni yoluxma halı qeydə alınıb. Yoluxmaların əksəriyyəti Hubey əyalətində qeydə alınıb, iki əyalətdə isə yeni yoluxma olmayıb. Bu günə qədər dünyanın 33 ölkəsində 2055 yoluxma təsdiqlənib. Bu halların 80 faizi 3 ölkənin payına düşür. Bəzi ölkələrdə epidemiyanın yayılması davam etsə də, 115 ölkədə koronavirus yoxdur, Cənubi Koreyada isə yoluxanların sayı azalıb. 21 ölkənin hərəsində 1 yoluxma qeydə alınıb. Əvvəl bu virusun aşkar edildiyi 5 ölkədə isə son 14 gündə yeni yoluxma halları qeydə alınmayıb.
DST rəhbərinin sözlərinə görə, həmin ölkələrin və Çinin təcrübəsi göstərir ki, bu, “birtərəfli hərəkət” deyil. Doktor Tedros vurğulayıb: “Epidemiyanın yayılmasını dayandırmaq olar. Lakin bunun üçün hakimiyyətin bütün şaxələri arasında əlaqələndirilmiş, kollektiv və kompleks yanaşma tətbiq edilməlidir”.
Doktor Tedros dövlətlərin nümayəndələrinə müraciətlə deyib: “Bu virusla mübarizənin ən mühüm tərkib hissəsi şayiələrə və dezinformasiyaya qarşı mübarizədir. Biz ümid edirik ki, sizin köməyinizlə insanlar potensial təhlükə və özünü ondan necə qorumaq barədə etibarlı məlumat alacaqlar”.
Baş direktor koronavirusun səhiyyə sistemi zəif olan ölkələrdə yayılmasından narahat olduğunu bildirib. Bununla belə, o vurğulayıb ki, heç bir ölkə epidemiyadan sığortalanmayıb. Lakin bəzi ölkələr bu təhlükəyə ciddi yanaşmır və ya qərara alıblar ki, onlar heç nə edə bilməzlər.
DST Baş direktoru deyib: “İndi təslim olmaq vaxtı deyil. İndi bəraət axtarmaq vaxtı deyil. İndi qazı artırmağın vaxtı çatıb”.

Bu xəbər oxucular tərəfindən 451 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |