Şrift:
Böyük ədib Nəriman Nərimanovun Marneulidəki abidəsi təmir olunur
07.03.2020 [10:33] - Xəbərlər, Mədəniyyət
Görkəmli ictimai-siyasi xadim, böyük ədib Nəriman Nərimanovun Marneuli rayonundakı abidəsi yenidən qurulur.

Abidənin yerləşdiyi parkda və büstün üzərində artıq təmir-bərpa işlərinə başlanılıb.

Marneuli şəhərinin meri Zaur Darğallı müsahibəsində deyib ki, hazırda rayon ərazisində, xüsusilə də şəhər mərkəzindəki küçə və parkların, görkəmli şəxsiyyətlərin bu parklardakı abidələrinin bərpası və təmirinə başlanılıb. Artıq bir neçə park yenilənib və təmir olunub. Həyata keçirilən layihədə Marneulinin mərkəzindəki N.Nərimanov adına parkın və böyük ədibin abidəsinin bərpası da nəzərdə tutulub.
“Abadlıq, təmir-bərpa işlərindən sonra park əhalinin əsl istirahət mərkəzinə çevriləcək və bu böyük ədibin 150 illik yubileyinə əsl hədiyyə olacaq”, - deyə Z.Darğallı vurğulayıb.

Qeyd edək ki, abidə 1980-ci ildən sonra təmir olunmayıb.
Bu xəbər oxucular tərəfindən 438 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed