Şrift:
Dünyanın 26 ölkəsi Türkiyənin COVID-19-la mübarizə təcrübəsini öyrənmək istəyir
07.03.2020 [18:47] - Gündəm, Sağlıq
Türkiyədə müvəffəqiyyətlə həyata keçirilən yeni növ koronavirus (COVID-19) epidemiyası ilə mübarizə bir çox ölkə tərəfindən yaxından izlənir. Belə ki, dünyanın 26 ölkəsinin Səhiyyə nazirlikləri tərəfindən Türkiyənin xəstəliklə mübarizə təcrübəsinin öyrənilməsi ilə bağlı müraciət edilib.

Bu çərçivədə ölkələr Türkiyənin Səhiyyə Nazirliyi və səfirliklər vasitəsilə məlumat və təcrübə mübadiləsinin aparılması məqsədilə əməkdaşlıq etməyi təklif ediblər.

Eyni zamanda, dünyanın yeddi ölkəsindən Türkiyədə hazırlanmış koronavirusun diaqnostikasında istifadə olunan yeni cihazın alınması ilə bağlı müraciət də gəlib.
Qeyd edək ki, hazırda dünyada istifadə edilən üsulla virus orqanizmdə 4-24 saat ərzində aşkarlanır. Lakin Türkiyədə hazırlanmış yeni üsul vasitəsilə nəticəni 90-120 dəqiqəyə əldə etmək mümkündür. Test 99.5 faiz doğru nəticə verir.
Bu xəbər oxucular tərəfindən 484 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed