10.03.2020 [10:17] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Şərin qələbə çalması üçün yalnız yaxşı adamların heç nə etməməsi tələb olunur.”
Dəyərli Azərbaycan ziyalıları!
Mart ayının 8-də feministlərin aksiyası kimi tanınan hadisə xeyli düşündürücüdür. Doğrudur,qadın haqlarının gündəmə gətirilməsi zəruridir. Amma Sizə elə gəlmirmi ki ,kənar qüvvələr tərəfindən ən müxtəlif maraqlar naminə 100 illərdi bizi Millət olaraq ayaq üstə saxlayan dəyərlərimiz aşındırılır,insanlarımız zombiləşdirilir, cəmiyyətin özü-özünü məhv edəcək mexanizminin işə düşməsinə cəhd edilir.Səfərbər olun,lütfən!
Zənnimcə, bu mənəvi-psixoloji övqat bir çox amillərlə yanaşı həm də sosial incikliyin əlamətidir və bu amildən yararlanma fürsətidir. Müvafiq strukturların bu amili nəzərə alması vacibdir.Əlbəttə başqa səbəblər və səbəbkarlar var. Ola bilər ki,səslənən şüarlar qisa bir müddət üçün cəlbedici və əlverişli görünsün . Amma bu heç o təbəqə üçün də çıxış yolu deyil. Belə eksperimentlər bizi sonu proqnozlaşdırıla bilməyən risklərlə üz-üzə qoya bilər.Bu risk təkcə destabilizasiya deyil,ən mühüm risk həm də mənəviyyatsızlaşdırmadır.
Düşünürəm ki, məqsədyönlü bir xətt var- dövlətin, cəmiyyətin ideologiyasızlaşdırılması üçün münbit və əlverişli bir mühit yaratmaq.Hakimiyyət belə məqamlarda ,şahmat termini ilə desək,seytnotda ,həm də qaralarla oynadıqda, nəticədə cəmiyyətin düçüncəsiylə işləmək unudulur, diqqət kənardan yad düşüncənin elementləri olan etirazları səsləndirən ağızlarla mübarizəyə yönəlir.(Bu hal həm də kənardakı ssenarist üçün çox lazımdır) Yönəldilməsi vacib baş yaddan çıxır. İdeoloji nəzarətsizlik milli hədəfsizliyə gətirib çıxarar ki,müharibə aparan ölkədə bundan böyük fəlakət ola bilməz.
Başqa bir məqam aksiyadakı şüarlara reaksiya ilə bağlıdır.Təkcə biabırçı şüarların ictimai yerə çıxarılması belə cinayət hadisəsidir.Polis öz funksiyasını yerinə yetirdikdə, bu şüarlara etiraz etməli olan jurnalistlərin bu şüarları yığışdırmaq istəyən polisə etirazı qəribə deyilmi?Axı jurnalist deyəndə Şirməmməd Hüseynov ,Nəcəf Nəcəfov kimi milləti maarifləndirən ,onu zəkası və qələmi ilə yönəldən ziyalı düşünülür.Etiraz edən zümrənin hüququnu düşünənlər o şüarları haqlı olaraq görmək istəməyən ətrafdakı minlərlə insanın hüququn niyə düşünmür?
Hazırda daha pis bir tendensiya da var. Sosial şəbəkələr gerçəklik kimi dərk və qəbul olunur. Sosial şəbəkədən faydalanmaqla , sosial şəbəkənin təsiri altına düşmək fərqli məsələlərdir. Azərbaycan cəmiyyətini istənilən səmtə yönləndirmək üçün kifayət qədər boşluqlar mövcuddur.Bu boşluğu doldurmaq üçün mühavizəkar milliyyətçi(etnik deyil-dövlət milliyyətçiliyi) düşüncənın daşıyıcıları oilan ziyalılara televiziyalarda sistemli maarifləndirmə aparılması üçün yer verilməlidir.Əlbəttə təkcə televiziya deyil bütün auditoriyalar düşüncə savaşı məkanına çevrilməlidir.Prezident son çıxışlarının birində milli dəyərlərimizin qorunmasının siyasi prioritetlərdən biri olduğunu xüsusi qeyd etdi.Müvafiq strukturlar üçün bu kifayət deyilmi?Ziyalılara gəlincə.
Bu gün Dövlətin ən çox ehtiyacı olan millətimin ziyalılarıdı. Sizə hamının,o cümlədən xarici güclərin əlində bilərəkdən və bilməyərəkdən vasitə olanların da ehtiyacı var.Onlar da bu xalqın övladlarıdı. İtirmişik onları. Onları da yenidən qazanmağımız lazımdı. Şərin çökdürmək istədiyi qaranlığı aydınladacaq yeganə işıq millətin ziyalılarıdı. Ziyalıların susması və heç nə etməməsi isə, Sizə ünvanladığım bu müraciətin əvvəlində qeyd etdiyim Edmund Berkin dediyi kimi şərin qələbə çalması üçün tələb olunan yeganə şərtdir.
Ziyalılara xüsusi sayqılarla, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri
Edmund Berk

Bu xəbər oxucular tərəfindən 4872 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |