Şrift:
Süleyman Dəmirəl Nizami Gəncəvidən danışıb.
29.09.2012 [13:41] - Mədəniyyət
Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı bəyanat yayıb.

Teleqraf.com-un məlumatına görə, S.Dəmirəlin bəyanatında Nizami Gəncəvinin bəşəriyyət tarixində xüsusi yeri olan dahi şair, mütəfəkkir və alim olduğu vurğulanır.

Bildirilir ki, gələcək nəsillərə zəngin mənəvi miras qoyan şairin fəlsəfi düşüncələri, ibrət dolu nəsihətləri bu gün də yaşayır. Nizami sülhü, sevgini, xeyirxahlıq və qardaşlığı təbliğ edib. Onun yaradıcılığı təkcə Azərbaycanda deyil, bütün dünyada böyük maraqla öyrənilir.

Nizami Gəncəvi, eyni zamanda, türk dünyasının mədəniyyətinin təşəkkül tapmasında misilsiz xidməti olan böyük şəxsiyyətdir.

Türkiyənin sabiq Prezidenti dahi Nizaminin adını yüksəklərdə tutan Azərbaycan rəhbərliyinə təşəkkürünü ifadə etmiş, onun xatirəsinin hər zaman milyonların qəlbində yaşayacağını bildirib.
Bu xəbər oxucular tərəfindən 1289 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed