29.09.2012 [14:23] - Sosial
Keçən il qiyməti 50 manat olan otaqlar bu il 100 manata verilir
İnsan həyatının ən gözəl çağları, acılı-şirinli qayğıları ilə yadda qalan tələbəlik illəridir desək, yanılmarıq. Ancaq indi tələblərin problemləri o qədərdir ki, onlar ali məktəb illərinin şirinliyini ürəkdolusu yaşaya bilmirlər. Hətta bu il tələbə adını qazananların üzündəki sevinc dolu təbəssüm də artıq yavaş-yavaş yoxa çıxmağa, onların çöhrələrinə kədər-qəm çökməyə başlayıb. Tələbələr elə ilk günlərdən qayğılarla əhatələnməyə başlayıblar.
Maraqlıdır, tələbələr təhsil haqqı, yemək pulu, yol pulu kimi iri problemlərin öhdəsindən necə gəlirlər? Əlbəttə, Azərbaycanda tələbənin maddi xərclərini ödəmək valideynlərin üzərinə düşür. Çünki tələbələrə verilən təqaüd onların heç bir həftəlik dolanışığına bəs eləmir. Bu üzdən ali məktəbdə oxuyarkən tələbələr valideynlərdən birbaşa asılı qalırlar. Bəzi ailələr hətta övladlarının xərclərini ödəyə bilmədiklərindən onların təhsili yarımçıq qalır.
Hazırda tələbələrin ən başlıca dərdi ev, yataqxana problemidir. Təxmini hesablamaya görə, tələbələrin çox az hissəsi şəhərdə yaşayan qohumlarının evlərində və yataqxanalarda qalırlar. Əksəriyyət kirayənişin qalır. Paytaxtda evlərin ildən-ilə bahalaşması kirayə haqqının da durmadan artmasına səbəb olur. Bu artım xüsusən də dərs ilinin əvvəlində baş verir. Bakıda nadir hallarda bir evi bir tələbə kirayəyə götürür.
İlk yollandığımız ünvan Azərbaycan Müəllimlər İnstitutunun yataqxanası oldu. İlk baxışdan bura olduqca səliqəli göründü. Mühafizəçidən öyrəndik ki, yataqxana yenicə təmir olunub. Ona görə də görünüşü normal vəziyyətdədir. Yenicə təmirdən çıxan yataqxananın elə icarə haqqı da yenilənib. Keçən il burada qiymət 50 manat idisə, indi 100 manata qaldırılıb.
8 mərtəbədən ibarət olan bu yataqxananın 5-ci mərtəbəsi oğlanlar üçün, 6-cı mərtəbəsi universitetə gələn xüsusi qonaqlar üçün, 7-8-ci mərtəbəsi isə qızlar üçün nəzərdə tutulub. Mətbəx ümumidir, hər 6 otağa bir ayaq yolu verilib. Adının çəkilməsindən çəkinən III kurs tələbəsi dedi ki, yataqxananın şəraiti normal olsa da, qiyməti çox bahadır: “Keçən il qalan tələbələrin əksəriyyəti bu il qalmadı. Onlar deyir ki, 100 manata burada qalmaqdansa gedib kirayə ev tutarıq. Yataqxana qiymətinin birdən-birə 50 manatdan 100 manata qalxması bizi çətinliyə saldı”.
Növbəti ünvanımız isə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) yataqxanası oldu. ADNA-nın 7 yataqxana korpusu olsa da onların yalnız ikisi tələbələrə xidmət göstərir. Bunlardan biri əcnəbi tələbələr üçün nəzərdə tutulub. Digərlərində isə məcburi köçkünlər yerləşib. Yerli tələbələrin yerləşdiyi beşinci korpusun da birinci mərtəbəsində məcburi köçkünlər yaşayır. Yataqxana binasının ümumi görünüşünə kənardan baxanda burada vəziyyətin necə olduğunu elə anındaca dərk edirsən. İçəriyə keçməyə heç ehtiyac qalmır. Olduqca bərbad vəziyyətdə olan bina sanki adamın üstünə gəlir. Təmirsiz və bərbad vəziyyətdə olan yataqxana yalnız oğlanlar üçün nəzərdə tutulub. Komendanta yaxınlaşıb özümüzü tələbə kimi təqdim edib, ADNA-nın qızlar yataqxanasının harada yerləşdiyini soruşuruq. Komendant isə bizə ADNA-nın qızlar yataqxanası olmadığını bildirdi: “Əvvəllər sovet dönəmində qızlar üçün də ADNA-nın yataqxanası var idi. Ancaq indi yoxdur. Bu institutun cəmi 5 yataqxanası var. Hamısı oğlanlar üçün nəzərdə tutulsa da əksəriyyətində qaçqınlar yerləşib”.
Yataqxananın həyətində bir tələbə ilə də söhbətləşdik. Adının çəkilməsini istəməyən ADNA-nın II kurs tələbəsi burada qalmağın çox çətin olduğunu dedi: “Hamam və mətbəxin vəziyyəti dözülməzdir. Amma neyləmək olar? Evlərin qiyməti bahadır, maddi vəziyyətim kirayə ev tutmağa imkan vermir. Hətta bəzən çıxıb kəndimizə belə qayıtmaq istəmişəm. Çox istəyərdim yataqxana təmir olunsun. Heç olmasa, tələbələr adam kimi yaşasınlar”.
Günel MANAFLI

Bu xəbər oxucular tərəfindən 1542 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |